1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Baku, Azerbaijan AZ1000

  • Call Us On

    +994 12 464-87-91

  • Mail Us @

    office@beniz.az

ŞİRKƏT HAQQINDA

BƏNİZ mühəndislik şirkəti 2007-ci ildən fəaliyyət göstərir və istehsal, ticarət və yaşayış obyektlərinin avtomatlaşdırma, təhlükəsizlik, İKT və elektrik enerjisi təchizatı sistemlərinin inteqrasiyası ilə məşğuldur.
 
Şirkətimizin mühəndislərinin yüksək peşəkarlığı və unikal bilikləri, habelə texnologiyaların və yenilikçi həllərin tətbiqi bizə yüksək texnologiyalı avadanlıq və kompleks sistemlərin layihə sənədləşdirməsi, seçimi, çatdırılması, proqramlaşdırması, işə salma və tənzimləməsi və xidməti ilə bağlı istənilən mürəkkəbliyə malik tapşırıqların öhdəsindən gəlməyə imkan verir. İşimizin istiqamətlərinə qoyulan sərmayənin müştərilərimizə maksimal şəkildə geri qayıtmasına, vəsaitləri qorumağa və məhsuldarlığı artırmağa imkan verən məhsullar və xidmətlər, texnologiyalar və unikal təcrübə daxildir.
Biz, müştərilərimizin təhlükəsizliyini düşünərək onları etibarlı mühafizə ilə təmin edirik və müasir dünyada məhsuldar və rahat həyata nail olmaq üçün çoxillik təcrübəmizi istifadə edirik.
 

Video müşahidə

 
Video müşahidə – təhlükəsizliyin təmin edilməsi üçün ən əsas və effektiv vasitələrdən biridir. O, ən geniş reallaşdırılan imkanlara malikdir:
• Mühafizə olunan sahələrə günün istənilən vaxtı fasiləsiz nəzarət;
• Nəzarət olunan zonalarda hərəkətin aşkar edilməsi;
• Məlumatın hadisə üzrə yığılması;
• Qeydə alınan məlumatın avtomatik şəkildə müəyyən edilməsi və arxivlə müqayisə edilməsi.
Ən yeni video müşahidə sistemləri mühafizə obyektlərində (istər ofis və ya müəssisə, istərsə də mənzil və digər obyektlər) təhlükəsizliyin təmin olunmasında yardımçı olan tərkib cihazlardan ibarətdir.
Böyük əraziyə malik iri zavodlar və müəssisələrdə video müşahidə sistemlərinin yerləşdirilməsi obyekt mühafizəçilərinin işə götürülməsi və
əmək haqqı ilə əlaqədar xərcləri yetərincə azaldacaq. Bu cür avadanlığın quraşdırılması mühafizə edilən bütün ərazini idarəetmə pultundan
ayrılmadan gözdən keçirməyə imkan verəcək. Video müşahidə qurğusunun səmərəliliyi təkcə pul vəsaitlərinin qənaətində deyil, həm də
müəssisənin bütün ərazisinə nəzarət etmək imkanında əks olunur.  Video müşahidə sistemləri ştatdankənar vəziyyətlər zamanı operativliyi
artırır.
 
Video müşahidə sistemləri müasir mənzilin ayrılmaz tərkibidir. O, təhlükəsizliyi, rahatlığı təmin edir (bayırda və ya digər otaqlarda nəyin
baş verdiyini görmək üçün sevimli TV verilişləri izləməkdən ayrılmaq lazım deyil), ofisin mühafizə xidmətinə isə onun imkanlarının
genişlənməsini, mühafizənin etibarlılığının artmasını, müştərilər və əməkdaşlar haqda vacib analitik məlumatın yığılmasını verir.
Video müşahidə sistemləri potensial cinayətkarların qarşısını alır. Oğurluq, əmlakın korlanması və mühafizə obyektinə girmə riski azalır.
Əgər obyektə kimsə girsə cinayətkarlar video müşahidə kameralarının göndərdiyi video yazının köməyi ilə tapılacaq. Lakin bu funksiya yalnız video müşahidə sisteminin peşəkarlar tərəfindən layihələşdirilib, quraşdırıldığı zaman mümkündür.
BƏNİZ şirkətinin yüksək ixtisaslı mütəxəssisləri video müşahidə sistemlərinin quraşdırılmasında və yanaşı gedən işlərdə geniş
təcrübəyə malikdir.
 
Video müşahidə sisteminin layihələşdirilməsi zamanı quraşdırılan komponentlərin sistemin qarşısında dayanan operativ-taktiki tələblərlə
uyğunlaşdırılması çox vacibidir. Video kameralarla bağlı əsas məsələ onların sayının və mövqelərinin seçimi, habelə kameraların
obyektivlərinin və vidikonlarının izlənilən səhnələrin işıq və dinamik xüsusiyyətlərilə uyğun gəlməsidir.
Xüsusi şəraitdə işlənilməsi üçün kameralar əlavə qurğularla təchiz edilə bilər (məsələn, gecə-gündüzlü müşahidə kameraları – infraqırmızı
işıqlandırma ilə) Kameraların yerləşmə mövqelərinin seçimi zamanı “Kor
zonalar” olmamalıdır və məsləhət görülür ki, izlənilən zonaların üstü qonşu kameralarla örtülsün; video müşahidə sistemlərinin digər mühafizə sistemləri ilə inteqrasiyası da məsləhət görülür.
BƏNİZ şirkəti öndəgedən dünya brendlərinin ən yeni komponentlərin əsasında hazırladığı etibarlı video kameraların geniş seçimini təklif edir.
Biz, BOSCH və NOVUS şirkətlərinin təqdim etdiyi video müşahidə avadanlığının model cərgəsi sizə istənilən işıqlandırma dərəcəsində və

hava şəraitində işləməyi bacaran etibarlı video müşahidə sistemlərinin yaradılmasında kömək edəcək.
BƏNİZ şirkətinə müraciət edərək siz, tələblərinizə və büdcənizə uyğun video müşahidə sistemi həllini əldə edəcəksiniz.
 
BƏNİZ şirkətinin və tərəfdaşımız olan digər şirkətlərin Security Systems- in həlləri Girişə nəzarət sistemləri (GNS) — kənar şəxslərin müəssisəyə icazəsiz daxil olmalarının qarşısını almaq üçün və ya əməkdaşların binanın içinə daxil olmaq imkanlarının bölünməsi üçün ən effektiv vasitədir. GNS   video müşahidə sistemi və yanğın və mühafizə siqnalizasiyası ilə birgə inteqrasiya olunmuş təhlükəsizlik sisteminin bir elementidir.   GNS-in quraşdırılması binanın və orada işləyən əməkdaşların təhlükəsizliyini təmin edir. Girişə nəzarətdən başqa GNS yanğın və mühafizə siqnalizasiyası, avtomatlaşdırılmış yanğınsöndürmə, mühəndislik avadanlığının və video müşahidənin idarəetmə sistemləri ilə birləşdirilə bilər və bu, girişə nəzarət və girişin idarə edilməsi sisteminin imkanlarını olduqca genişləndirir. Bununla belə, hətta ən kiçik həll tətbiq olunan zaman (obyektə girişə nəzarət edən aparat kompleksinin quraşdırılması)   girişə nəzarət və girişin idarə edilməsi sistemi tələb olunan təhlükəsizlik səviyyəsini təmin edir. Bu isə personalın təhlükəsizliyi, maddi dəyərlərin qorunması və biznesin gəlirliliyinin artırılması deməkdir.
GNS məxfi müəssisələr, banklar, məktəb və bağçalar üçün eyni dərəcədə effektivdir. Mənzil və bağ evlərinin sahibləri onları yanğın və
mühafizə siqnalizasiya sistemi ilə əlaqələndirərək quraşdırırlar.
BƏNİZ şirkətinin təqdim etdiyi girişə nəzarət sistemi – sərfəli kapital qoyuluşudur.
Girişə nəzarət və onun təhlükəsizliyi funsksiyasından başqa GNS digər imkanlara da malikdir:
 
• Əmək intizamını artırır, müəyyən obyektlərə girişi məhdudlaşdıraraq personalın işini optimallaşdırır;
• Maddi dəyərlərin və korporativ məlumatların oğurlanma hallarını azaldır;
• Əmək haqqı fondunun məqsədəuyğun şəkildə xərclənməsini təmin edir (işçiyə GNS-dən alınan dəqiq məlumatların əsasında əmək haqqı verilir; bu məlumatlarda işçinin nə vaxt işə gəldiyi, nə vaxt işdən getdiyi, gecikmələri qeyd edilir);
• İş vaxtı cədvəlinin hazırlanması, kadr mühasibatının aparılması və buraxılışların verilməsi ilə əlaqədar əmək xərclərini minimuma endirir;
• Müəssisənin büdcəsinə (böyük sayda mühafizəçilərin saxlanılması ilə bağlı) qənaət edir;
• İdarə heyətinin iş vaxtını optimallaşdırır;
• Çox mühüm iqtisadi effekt verir (nəzarət sistemi 3-5 ay ərzində xərcləri çıxardır və daha sonra gəlir gətirir).
 

HƏR MƏRHƏLƏDƏ TƏHLÜKƏSIZLIK

 
1) Binada girişə nəzarət və girişin məhdudlaşdırılması Girişə nəzarət sisteminin quraşdırılması binanın kənar şəxslərin daxil
olması ilə əlaqədar mühafizə səviyyəsini artırır. Bundan başqa, GNS təkrar keçidləri diqqətlə izləyir (antipassback). Bu, bir neçə şəxslərin bir
buraxılışla binaya daxil olub oradan çıxmamasını mümkünsüz edir. Personal fərdi giriş kartları vasitəsilə binaya daxil olurlar. Elektron
buraxılış hesablayıcıya qoyulur və o, daxil olanın şəxsiyyətini və vaxtı qeyd edir.
 
2) Məlumatın və maddi dəyərlərin qorunması
 
GNS sisteminin quraşdırılması kənar şəxslər və personal tərəfindən oğurlanma hallarının qarşısını almaq üçün də əlverişlidir. İşçilərinizdə
olan güvəni əlavə mühafizə sistemi ilə möhkəmlətmək daha yaxşı olardı. Xüsusən də əgər əmlakın və məlumatın dəyəri milyonlarla ölçülürsə.  Qapılarda elektrik dillər, elektromaqnit və elektromexaniki (sındırılmalara qarşı ən davamlı) kilidlər quraşdırılır. Giriş yalnız hesablayıcıya qoyulan müvafiq kartın olduğu zaman mümkündür.

Girişə nəzarət və girişin idarə edilməsi sistemi həmçinin işçilərin müxtəlif ərazilərə daxil olma imkanlarını vaxt və statusa uyğun bölə bilər.
Müəyyən əməkdaş yalnız xidmət vəzifələri ilə əlaqədar olan ərazilərə və yalnız iş vaxtında daxil ola bilər. Girişə nəzarət və girişin idarə edilməsi sistemi elə proqramlaşdırılır ki, istirahət günlərində, axşam və ya gecə vaxtı binaya daxil olmağa (istehsalat tələblərindən doğan halları çıxmaq şərti ilə) məhdudiyyət qoyulur.

Əgər qiymətli əşyalar itsə GNS xidməti araşdırmanı təşkil etməkdə sizə kömək edəcək. Mühafizə olunmuş əraziyə daxil olma halları məlumatlar bazasında saxlanılır. Deməli, kimin binadan sonuncu çıxdığını və beləcə, onu mühafizə sisteminin öhdəsinə qoyduğunu müəyyən etmək çətin olmayacaq.
 
3) Operativ izləmə
 
Sistem bütün keçid məntəqələrində olan vəziyyəti izləyir və bütün həyəcan halları haqda məlumatı mühafizənin kompüterinə real zaman
rejimində yollayır. Bu cür məlumatı əldə etdikdən sonra mühafizəçi qıfılları uzaqdan bağlayaraq və ya lazım olan zaman onları açaraq sürətli

şəkildə reaksiya göstərə bilər.
 
4) Əmək intizamına nəzarət və iş vaxtının avtomatlaşdırılmış mühasibatı Əslində əməkdaşların yerdəyişmələrini, onların gəliş və gediş vaxtlarını izləmək çox çətindir. Girişə nəzarət və girişin idarə edilməsi sistemi əməkdaşların işlədiyi vaxtı dəqiq hesablayaraq və əmək intizamının pozulması hallarını qeyd edərək bu tapşırığın öhdəsindən əla gəlir. Eyni zamanda, məlumatların saxtalaşdırılması mümkün deyil, çünki personalın yerdəyişmələrini "şəxssiz" avtomatika izləyir. Gediş-gəlişlər, nahar və tənəffüslər haqda hesabat həm gündəlik, həm də əvvəlki vaxta görə əldə edilə bilər.

Əməkdaşlar cədvəlin tərtib edilməsi ilə bağlı köhnə işdən azad ediləcək. GNS-in modulu hər işçi ilə bağlı fərdi iş qrafikinin tərtib edilməsini
mümkün edir. Bu qrafikə nizama salınmamış normadan artıq işləmələr daxil deyil və əksinə istehsalat tələblərindən doğan iş vaxtından artıq

işləmələr daxildir.
 
5) Buraxılışların, müvəqqəti kartların tərtibat və mühasibatının avtomatlaşdırması Girişə nəzarət və girişin idarə edilməsi sisteminin modulları kadr mühasibatının aparılması və buraxılışların avtomatik şəkildə verilməsi imkanlarına malikdir.