1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Baku, Azerbaijan AZ1000

  • Call Us On

    +994 12 464-87-91

  • Mail Us @

    office@beniz.az

Audio Video Damafon sistemləri
 

Müasir audio-, videodomofon sistemləri yaşayış yerinin təhlükəsizliyinin təmin edilməsi işində ən etibarlı və effektiv vasitələrdən biri sayılır. Bu sistemlər arzuedilməyən və çağırılmayan “qonaqların” mənzilə daxil olmalarına məhdudiyyət qoymağa imkan verir.
Audio-, videodomofon – ikitərəfli danışıq qurğusudır. Bu qurğu, otağın içində olan şəxsə bura girmək istəyən adamı eşidərək, videorabitə olduğu halda isə hətta görərək, onunla əlaqə saxlamağa və yalnız bundan sonra bu adamı buraxıb-buraxmaması barədə qərar qəbul etməyə imkan verir.
 

Evin içində olan insanın təhlükəsizliyi, gələn şəxslə bilavasitə kontaktın olmaması yolu ilə təmin edilir. Bu zaman ev sahibi içəri daxil olmaq istəyənlə zəruri bildiyi hər hansı bir əlaqə formasını qurmaq ixtiyarında olur. Audio-, videodomofon sahibi qapıda dayanmış adamla rabitəyə girib onun gəlişinin məqsədini dəqiqləşdirə bilər, yaxud da ki, gələnin özünü şübhəli apardığını görüb, onunla heç bir kontakt qurmaya da bilər.
 

Domofonlar çoxmərtəbəli evlərin girişlərində olan kodlu kilidləri əvəz etmişlər. Təcrübə göstərdi ki, kodlu kilidlər kənar şəxslərin qapalı yerlərə daxil olması qarşısında effektiv maneə rolunu oynaya bilmədi. Belə ki, adətən bu kilidləri açmaq üçün lazım olan kod çox sadə, bir-iki rəqəmlə yığılır. Bir müddət istifadə olunduqdan sonra isə tez-tez basılan lazımi kod düymələri yeyilir və digərlərindən açıq-aşkar şəkildə fərqlənməyə başlayır. Bu da binaya daxil olmaq istəyən hər bir kəsə kodun neçə olduğunu bəlli edir.
 

Audio-, videodomofon sistemləri – giriş qapısından içəri daxil olmaq istəyən kənar adamların yolunda ciddi maneədir. Təbii ki, evin girişində kənar adamların, çağırılmamış qonaqların, yeniyetmələrin səs-küylü kampaniyalarının olmaması isə burada təmizliyə riayət olunmasını, qayda-qanunu və sakitliyi təmin etməyə imkan verir.
 

Audio-, video sistemlər şəhərətrafı evlər üçün də əvəzedilməz bir tapıntıdır. Çünki, burada adətən evin giriş qapısından hasarın alaqapısına qədər kifayət qədər böyük məsafə olur. Videodomofon rabitə olduğu zaman isə bu böyüklükdə məsafəni qət etməyə ehtiyac duyulmadan kimin gəldiyindən xəbər tutmaq olur.
 

Sakinlərin rahatlığını təmin etmək üçün elektron audio-, video-domofonlar vasitəsilə otaqda bir neçə çağırış paneli və ya bir neçə danışıq qurğusu quraşdırmaq imkanı da vardır. Audio-, videodomofonlar digər mühafizə sistemləri ilə sinxronlaşdırıla da bilərlər ki, bu da yaşayış yerinin daha yüksək təhlükəsizlik səviyyəsinin təmin edilməsinə gətirib çıxarar.

 

Perimetr üzrə mühafizə sistemləri
 

Perimetr üzrə mühafizə sistemləri özündə elektron qoruyucu hasarları, video müşahidə, müdaxilənin aşkarlanması sistemlərini, kompyuterləşdirilmiş perimetr mühafizə sistemlərini birləşdirir. Bu növ mühafizə sistemləri dövlət əhəmiyyətli obyektlərdə, istehsal obyektlərində, hava limanlarında tətbiq olunur. Eyni zamanda  neft  sektorunda sərhədlərin, telekommunikasiyaların və su obyektlərinin qorunması üçün də  istifadə oluna bilər.
 

Avtodayanacaq sistemləri
 

Azərbaycanın ən böyük təhlükəsizlik şirkəti olan “BENİZ” müştərilərinə yeni xidmətlər təqdim etməkdə davam edir. Azərbaycan üzrə bir sıra böyük layihələrdə təhlükəsizlik sistemlərini təqdim edən şirkət nəqliyyat vasitələrinin və nəqliyyat yollarının yükünün artdığı bir zamanda avto nəqliyyatın park olunması üçün müasir həllər, yeni “Avto dayanacaq sistemləri” xidmətini təklif edir.
 

Avto nəqliyyatın park olunma sistemi özü üç alt sistemdən ibarətdir: nəqliyyat vasitələrinin giriş məhdudlaşdırıcı, ödəmə nöqtələri və naviqasiya sistemləri. “BENİZ” şirkəti bu xidməti reallaşdırmaq üçün bu sahə üzrə kifayət qədər təcrübəsi və keyfiyyəti olan şirkətlərlə əməkdaşlıq edir.
 

“BENİZ” şirkəti avto dayanacaq sahəsinə avtomatlaşdırılmış giriş məhdudlaşdırılması sistemləri üzrə 40 illik təcrübə əsasında pullu girişə nəzarət avadanlıqları istehsal etməklə, bazarda lider mövqeyini tutan “Automatic Systems” ilə əməkdaşlıq edir. Avto dayanacaq sistemlərində ödənişlərin həyata keçirilməsində “Parking Time” şirkətinin avadanlıqlarından istifadə olunmuşdur. Şirkətin əsas fəaliyyəti ödənişli park olunma sistemlərinin reallaşdırılmasıdır. Park olunma sistemləri müxtəlif səviyyəli avtomatlaşdırma dərəcəsinə malik olmaqla aşağıdakı həlləri təklif edir:
 

Park olunmanın təhlükəsiz həyata keçirilməsi
 

Video müşahidə kamerası vasitəsi ilə nəqliyyat vasitəsinin xarici görünüşü və dövlət qeydiyyatı nişanının yadda saxlamaq imkanı
 

Nəqliyyat vasitəsinin dayanacaq sahəsini tərk etdiyi zaman identifikasiya olunması
 

Dayanacaq sahəsində xüsusi işıqfor və cihazlarla hərəkətin tənzimlənməsi
 

Pul vəsaitlərinin daxil olunmasına nəzarət
 

Personalın qərəzsiz xidmət göstərməsinə və daxil olan pul vəsaitlərinin izlənməsi üçün üçün avtomatik kassa
 

Avto dayanacaq üzrə daha asan park olunma üçün “Beniz” müasir həll, naviqasiya sistemlərini təqdim edir. Bu sahə də o “MultiGuide” “Gunnebo” şirkətləri ilə əməkdaşlıq edir. Təqdim olunan sistem aeroport, vağzal, nəqliyyat qovşaqlarında, əyləncə,biznes və ticarət mərkəzlərində, mehmanxanalarda, müxtəlif səviyyəli biznes qurumlarında istifadə oluna bilər.” BENİZ” şirkəti tərəfindən xidmət tam şəkildə təqdim olunur.

 

Bina İdarəetmə Sistemləri
 

Bina avtomatizasiyası dedikdə müasir tikililərdə əməliyyat və proseslərin avtomatizasiyası nəzərdə tutulur. Avtomatizasiya edilən sistemlərə işıqlandırma, soyutma və isitmə, havalandırma sistemlərini aid etmək olar. Bina avtomatizasiyası intellektual tikililərin əsasını təşkil edir. Bina avtomatikasının başlıca məqsədi təhlükəsizliyi təmin etmək, komfort səviyyəsini yaxşılaşdırmaq və resurslardan səmərəli istifadəni təmin etməkdir. Bina avtomatizasiyasını şərti olaraq üç səviyyəyə ayırmaq olar:
 

Üst səviyyə – idarəetmə səviyyəsi (Management level) – Qrafik interfeys vasitəsi ilə operator və sistem arasında idarəetmə funksiyalarını daşıyır, statistik məlumat bazası toplayır və analitik materiallara əsasən hava şəraitindən, iş fəaliyyət rejimindən asılı olaraq ən optimal idarə etmə konfiqurasiyasını və işləmə parametrlərini müəyyən edir. Komyuter avadanlıqları və SCADA proqram təminatı vasitəsi ilə reallaşır. Bu minimal mühəndis və işçi qüvvəsindən istifadə edərək binanın bütün texniki avadanlıqlarının texniki diaqnostikası və servisini təşkil etməyə imkan verir.
 

Orta səviyyə – avtomatik idarəetmə (Automation level) – funksional proseslərin avtomatizasiyası, bunların əsasını idarəetmə kontrollerləri, giriş-çıxış siqnal modulları və müxtəlif cür kommunikasiya avadanlığı təşkil edir.
 

Aşağı səviyyə- sahə səviyyəsi (Field Level) özündə binanın texniki avadanlıqlarının bütün parametrlərinin texniki göstəriciləri, sensor,datçiklər və müxtəlif ölçüləri müəyyən edən avadanlıqlar arasında bağlantını təşkil edir. Müxtəlif ara cihazları vasitəsi ilə binanın texniki avadanlıqlarını idarə edir. “BENİZ” şirkəti bina idarəetmə sistemini kompleks şəklində həyata keçirir. Bina İdarəetmə Sistemlərinin tətbiqi bina idarə edilməsini daha müasir şəkildə, resurslarda səmərəli istifadə edərək reallaşdırır.