1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Baku, Azerbaijan AZ1000

  • Call Us On

    +994 12 464-87-91

  • Mail Us @

    office@beniz.az

Layihələndirmə

Hər bir müasir bina mühəndis sistemlərinin tam kompleksindən ibarətdir. Bu sistemlərin hər biri müxtəlif tələbləri yerinə yetirir: təhlükəsizlik, səmərəlilik, rahatlıq, kommunikasiyalar və s. Bu həm kiçik ofislər və butiklər, həm də iri ticarət və biznes mərkəzləri üçün əlverişlidir. Binanın bütün mühəndis sistemlərinin vahid, qarşılıqlı əlaqədə olan kompleksə inteqrasiya olunması binanın istismar xərclərinin azaldılmasını, yüksək təhlükəsizliyi, habelə enerji ehtiyatları istehlakının 50%-cən enməsini təmin edir.
BƏNİZ şirkətində layihə sənədləşdirməsinin hazırlanma prosesi layihə sənədləşdirməsinin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə hesablamaları avtomatlaşdırmağa və texniki həlləri optimallaşdırmağa kömək edən öndəgedən proqram məhsullarından istifadə edən yüksək ixtisaslı mühəndislər tərəfindən aparılır. Bütün layihə həlləri Azərbaycan Respublikasının ərazisində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun qəbul olunur.

BƏNİZ şirkəti binanın mühəndis sistemlərinin layihələşdirməsi ilə bağlı aşağıdakı xidmətləri təqdim edir:

  • layihəqabağı müşahidə;
    • konsepsiyanın hazırlanması;
    • layihə sənədləşdirməsinin hazırlanması;
    • avadanlığın təchizatı;
    • montaj, şef-montaj;
    • avadanlığın işəsalma və tənzimləməsi, proqramlaşdırılması;
    • satış sonrası xidmət.
    Bizim mütəxəssislər mühəndis sistemlərinin layihələşdirməsi və istismara verilməsi ilə bağlı hərtərəfli konsultasiyalar təqdim etməyə hazırdırlar.

 

Biz, binanın aşağıda qeyd olunan mühəndis sistemlərinin reallaşdırması ilə məşğuluq:
• Avtomatlaşdırma və dispetçerizasiya sistemləri (o cümlədən, monitorinq sistemlərinin, mühəndis sistemlərinin idarəedilməsinin layihələşdirməsi (binalar üçün nəzərdə tutulan MSMS);
• “Ağıllı ev” intellektual idarəetmə sistemi;
• Elektrik enerjisi təchizatı;
• Ümumi havalandırma və kondisioner sistemi;

  • Yanğından mühafizə və yanğınsöndürmə sistemləri
    • Təhlükəsizlik (video müşahidə, yanğın və mühafizə siqnalizasiyası, girişə nəzarət);
    • Texnogen təhlükəsizlik (suyun, qazın sızması, ağırlığa nəzarət);
    • Rabitə və telekommunikasiya şəbəkələri (SKS, LŞ, televiziya, telefoniya);
    • Multimediya və audio-video siqnalların paylanması.
    BƏNİZ şirkətinin bütün əməkdaşları avtomatlaşdırma və dispetçerizasiya sistemlərinin layihələşdirməsi, müxtəlif növ obyektlərdə təhlükəsizlik sistemlərinin quraşdırılması və inteqrasiyası kimi sahələrdə böyük təcrübəyə malikdirlər. Bundan əlavə, onlar hər il öndəgedən beynəlxalq brendlər tərəfindən sertifikatlaşdırılırlar.