1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Demirchi Tower

    Mərtəbə 22

  • Call Us On

    +994 12 5556068

  • Mail Us @

    office@beniz.az

MONTAJ

Keyfiyyətli montaj işəsalma və tənzimləmə işlərinin asan həyata keçirilməsini və bütün sistemin gələcəkdə düzgün, səhvsiz fəaliyyət göstərməsini təmin edir. Şirkətimizin montaj briqadaları yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir, proseslər isə təcrübəli iş icraçıları tərəfindən nəzarət olunur.
BƏNİZ şirkəti təhlükəsizlik, elektrik enerji təchizatı və avtomatlaşdırma kompleks sistemlərinin montaj işlərinin yerinə yetirilməsi ilə bağlı xidmətlər təklif edir.
Üstünlüyümüz böyük təcrübə   və görülən işlərin yüksək keyfiyyətindən ibarətdir.
Keyfiyyətli montajın yerinə yetirilməsi üçün vacib olan amillər:
• İş sənədləşdirməsinin lazımi keyfiyyəti;
• Layihələrin ekspertizası;
• Hazırlıq işlərinin görülməsi və avadanlığın, materialların razılaşdırılmış təchizatı;
• İşlərin yüksək səviyyədə təşkili və dəqiq əmək bölgüsü;
• Avadanlıq və materialların montajdan öncə keyfiyyətli və səliqəli şəkildə markalanması;
• Aqressiv ekoloji şəraitdə (çirklənmə, aşağı hərarət, yüksək nəmlik) görülən elektromontajın xüsusiyyətlərinin nəzərə alınması;
• Elektromontaj, ПУЭ və СП qaydalarına riayət edilməsi;
• Obyektdə işləri görən montajçılar tərəfindən montajın yoxlanılması və təqdim olunması.
Artıq uzun müddətdir ki biz, aşağıda qeyd olunan daxili mühəndis sistemlərinin və avadanlığın quraşdırma işlərini görürük:

  • elektrik enerjisi təchizatı;
  • rabitə, radio, televiziya sistemləri;
  • mühafizə siqnalizasiyası və video müşahidə sistemləri;
  • Havalandırma sistemləri
  • Soyutma sistemləri
  • İsitmə sistemləri
  • Yanğından mühafizə sistemləri