1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Demirchi Tower

    Mərtəbə 22

  • Call Us On

    +994 12 5556068

  • Mail Us @

    office@beniz.az

Elektrik enerjisi təchizatı – istehlakçının yüksək keyfiyyətli elektrik enerjisi ilə gecə-gündüz tələb olunan həcmlərdə təchiz edilməsini nəzərdə tutur. Elektrik enerjisi təchizatı sisteminin layihələşdirməsi təmir işlərinin başlamasından öncə həyata keçirilməlidir, çünki elektromontaj işləri bəzək işləri ilə birgə paralel ilkin mərhələlərdə – dizaynın yaradılması mərhələsində (gələcək təmirin layihəsi) həyata keçirilir. Elektromontaj işləri sağlamlığı və həyatı icraçıların qeyri peşəkarlığı səbəbindən təhlükə altında ola bilən insanların təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilməlidir. Elektrik enerjisi təchizatına alt stansiyaları artıran və azaldan qidalanma mənbələri, paylayıcı elektrik şəbəkələri qidalayan transformatorlar, müxtəlif köməkçi qurğular və tikililər daxildir.

BƏNİZ şirkəti elektrik enerjisi təchizatı sistemlərinin layihələşdirməsi ilə bağlı tam xidmət kompleksini, habelə Schneider Electric və digər beynəlxalq istehsalçıların komponentləri əsasında yığılan lövhələrin layihələrinin hazırlanması və istehsal edilməsini təklif edir.
Şirkətimiz istənilən mürəkkəbliyə (1600 A-can) məxsus öz istehsalı olan və ya müştərinin layihələri əsasında lövhələri hazırlayır. Quraşdırma işləri yerinə yetirildikdən sonra müştəriyə normativ sənədlərin bütün tələblərinə uyğun hazırlanan və tələb olunan bütün sənədlərlə təchiz edilən hazır məhsul verilir.

BƏNİZ şirkəti obyektin istismara verilməsi ilə bağlı işəsalma və tənzimləmə işlərini yerinə yetirir:

• Enerji obyektlərinin əsas və köməkçi güc avadanlığının, 10 kV-can gərginliyə malik dəyişdirici və paylayıcı qurğuların montajı;
• İdarəetmə, mühafizə, avtomatika, ölçülmə və siqnalizasiya şəbəkələrinin və sistemlərinin montajı;
• 10 kV-can gərginliyə malik daimi və dəyişən cərəyanlı elektrik ötürücü kabel xəttlərinin montajı;
• Daxili və bayır (hava və kabel) işıqlandırma şəbəkələrinin montajı, bütün növ və bütün torpaqlanma dövrələrinə məxsus torpaqlanmış qurğuların montajı;
• elektrotexnoloji avadanlığın və 1 kV-can gərginliyə məxsus elektrotexnika qurğularının montajı, yenidən qurulması və müasirləşməsi;
• əsas avadanlığın və 1 kV-can gərginliyə məxsus enerji obyektlərinin paylayıcı qurğularının aparatlarının təmiri;

• 1 kV-can gərginliyə məxsus enerji obyektlərinin paylayıcı qurğularının köməkçi elektrik avadanlığının təmiri;
• 1 kV-can gərginliyə məxsus enerji obyektlərinin paylayıcı qurğularının avadanlığının və idarəetmə, mühafizə, avtomatika, siqnalizasiya və ölçülmə dövrələrinin təmiri;
• Dispetçer və texnoloji idarəetmə vasitələrinin təmiri;
• 10 kV-can gərginliyə malik enerji obyektlərinin avadanlığının xidmət müddətinin təyin edilməsi ilə bağlı işlərin həyata keçirilməsi.

Sənaye, nəqliyyat, yaşayış sektoru, xidmət sahəsi və bir çox digər sahələr elektrik enerjisi istehlakı ilə məşğuldur. Bu sahə ciddi xərclərlə səciyyələnir və məhz buna görə, bu xərcləri optimallaşdıracaq həllərin axtarışına böyük diqqət yetirilir. Bu həllərdən biri enerji effektliviyidir.
Enerji effektivliyi – tələb olunan texniki göstəricilərin təmin olunması və qoyulan tapşırıqların həll edilməsi məqsədilə enerjinin az sayda istifadə olunmasına yönəldilmiş enerjinin səmərəli istehlakı deməkdir. Bu sahənin əsas məqsədi enerjinin effektiv xərclənməsidir.
Enerji effektivliyinin üstünlükləri:

• Ehtiyatlara qənaət;

• Məhsuldarlığın artırılması;

• Maliyyə xərclərinin azaldılması;

• Xoş ekoloji mühitin yaradılması.

Planlaşdırma mərhələsində Müştərinin tərəddüdünə səbəb olan enerji effektivliyi həllərinin tətbiqinə çəkilən xərclər obyektin istismarı zamanı
ödənilir. Həllin tətbiq olunmasından öncə enerji effektiv mühəndislik sistemlərinə çəkilən əsaslı xərclərin texniki-iqtisadi əsaslandırması hazırlanır.
Binaların enerji effektivliyi Bütün dünyada binaların isidilməsinə yönəldilmiş istehsal edilən bütün enerjinin demək olar ki yarısı itir. Bunun səbəbləri aşağıda qeyd olunub:

• İstilik şəbəkələrinin işlənib köhnəlməsi;

• Böyük məsafələr;

• Memarlıq-planlaşdırma həllərinin azlığı;

• Tətbiq olunan texnologiyaların və materialların natamamlığı;

• Lazımi nəzarətin və bunun üçün tələb olunan həllərin olmaması;

• Köhnəlmiş avadanlıq və texnologiyalar;

• Müasir texnologiyaların az sayda istifadə olunması.

Enerjinin effektiv xərclənməsi ilə bağlı vəziyyət həmçinin ehtiyatların tükənməsi və onların qiymətlərinin artması səbəbindən ağırdır. Təəsüf ki, binaların enerji effektivliyi uzun müddət diqqətdən kənar qalmışdır, lakin hal- hazırda bu ən vacib məsələlərdən birinə çevrilir.
Təyin edilmiş parametrlərə uyğun mühəndislik sistemlərinin fəaliyyətini təşkil edən avtomatlaşdırma sistemi enerjinin səmərəli xərclənməsinə kömək edir.
Məsələn, sistem otaqlardakı işığı təyin olunmuş vaxt çərçivəsində söndürəcək;

isitmə və kondisioner sistemlərinin gücünü gecə vaxtı insanların binada olmadığı zaman azaldacaq, habelə binaya girişi avtomatik şəkildə idarə edəcək. BƏNİZ şirkətinin mütəxəssisləri bütün növ binalar üçün enerji effektiv həllərin hazırlanması ilə bağlı xidmətləri göstərir – ofis, inzibati binalar, hava limanları, ticarət mərkəzləri və bir çox digər obyektlər üçün. Biz, işi görməyə təkcə planlaşdırma və layihələşdirmə mərhələsindən deyil, həm də obyektin yaradılması və istismarı mərhələsində başlayırıq.

Beynəlxalq brendlərlə neçə ildir ki sürən əməkdaşlığımız və müxtəlif layihələrin reallaşdırılması – gördüyümüz işlərin keyfiyyətinin əsas
zəmanətidir.