1-5 (9:00 - 18:00)

  • Narimanov Region
    Akhmed Racabli 1/13

    Demirchi Tower

    Mərtəbə 22

  • Call Us On

    +994 12 5556068

  • Mail Us @

    office@beniz.az

İsitmə, havalandırma və kondisioner sistemləri müasir ev, ofis və ya digər daşınmaz əmlak obyektinin ayrılmaz hissəsidir. Qeyd etmək lazımdır ki, bu sistemlər tikintinin xüsusiyyətlərindən asılı olaraq fərdi şəkildə layihələşdirilən və beləcə, isitməyə qənaət etməyə imkan verən ən müasir və yenilikçi aqreqatlardan ibarətdir. Müasir mənzil (istər bağ evi və ya şəhər evi) müxtəlif qurğu və aqreqatlardan ibarət kompleks şəklində fəaliyyət göstərir. Onların əsas vəzifəsi yaşayış üçün ən optimal və rahat şəraitin yaradılmasıdır. Mikroiqlimin tənzimlənməsi üçün nəzərdə tutulmuş bütün avadanlıq məhsuldarlığı, qənaətçiliyi və etibarlılığı ilə fərqlənən vahid isitmə, havalandırma və kondisioner sisteminin elementi sayılır.

Şəxsi ev üçün nəzərdə tutulmuş isitmə və isti su təchizatı sistemləri qızdırıcı cihazlardan, boru kəmərlərindən, tənzimləyici, bağlayıcı və havaburaxan armaturadan ibarətdir. Sistemin istilik mənbəyi qismində müxtəlif növ yanacaqla işləyən qazanlar çıxış edir. Qazan maye istilik daşıyıcısını isidir (istilik daşıyıcısı rolunu xüsusi hazırlanmış su oynayır) və o, daha sonra borulardan otaqdakı radiatorlara (batareyalara) ötürülür. Radiatora ötürülən istilik daşıyıcısı istiliyin bir hissəsini otağa verdikdən sonra qazana qayıdır.
Dövr nasosları tərəfindən saxlanılan istilik daşıyıcısının bu dövranı sistemi ən effektiv istilik mübadiləsi ilə təmin edir.
İsitmə sisteminin qurğusu artıq evin layihələşdirməsi və tikintisi zamanı nəzərə alınmalıdır. Artıq tikilmiş binanın bütün tələb olunan kommunikasiyalarının keçirilməsi zamanı divarlarda və örtüklərdə deşiklər açmaq lazım olacaq.
Bundan başqa, qazanların altında yerə qoyulan vəziyyətdə xüsusi otağın hazırlanması lazım olacaq – qazanxana. Bu cür otaq layihə tərəfindən nəzərə alınmayıbsa, onda qazanı hamam otağında və ya mətbəxdə yerləşdirmək olar.
Belə olan halda divara vurulan modellərdən istifadə etmək rahatdır. İsitmə sistemi birkonturlu və ikikonturlu ola bilər. Birkonturlu isitmə sistemi yalnız otaqların isidilməsi üçün nəzərdə tutulub. İkikonturlu isə isitmədən başqa
su kəmərinin suyunu da qızdırır.

 

200 m2-cən kvadraturalı fərdi evlər üçün 30 kilovatt saatacan gücə malik dövr nasosları və genəldici baklarla uyğunlaşdırılan ikikonturlu qazanlar istifadə oluna bilər. Böyük sahəli evlərdə yüksək gücə malik birkonturlu qazanların, isti suyun hazırlanması üçün isə həcmli qazanın və ya qat-qat istilikdəyişdiricinin istifadə edilməsi məsləhət görülür.
İkikonturlu sistemdə istilik daşıyıcısı olan ayrı borucuq (bir növ spiral şəklində olan qızdırıcı element) suyu xüsusi bakda qızdırır – yığıcı su qızdırıcısında. Bu çox rahat həlldir, halbuki ikikonturlu sistem xarab olduğu halda istifadəçi həm istiliksiz, həm də isti susuz qalacaq. Onu da qeyd etməliyik ki, su kəmərinin suyunun qızdırılması qazanın gücünün təxminən 25%-i sərf edir.
Adətən isitmə və suyun qızdırılması üçün ayrı birkonturlu sistemlər istifadə olunur (yalnız soyuq aylarda işləyən bir qazan isitmə üçün, daha az gücə malik digəri isə suyun qızdırılması üçün). İstənilən halda, bu həll nə qədər yaxşı olsa da, olduqca bahadır.
Qazanın optimal gücünün seçimi evin isidilən sahəsindən və obyektin hava şəraitlərindən asılı olaraq həyata keçirilir. Unutmaq lazım deyil ki, qazanın tələb olunan gücü evin bayır tərəfdə yerləşən hasarlayıcı konstruksiyalarının istilikdən qorunma səviyyəsindən və pəncərələrin germetikliyindən asılıdır. Müasir isitmə sistemləri hər otaqda lazım olan temperaturu bayırdakı temperatura reaksiya göstərən avtomatik termotənzimləyicilər vasitəsilə saxlayır. Onlar sistemdə olan tələbatdan asılı olaraq elektrik mühərriyin fırlanma tezliyini dəyişdirirlər. Beləcə, 60%-cən elektrik enerjisi qorunur və boru kəmərlərindəki hidravlik səs-küy azaldılır. Müasir muxtar isitmə sistemləri hətta ən şaxtalı günlərdə evin isti qalmasına kömək edir.
Hər bir müəyyən halda avadanlığın optimal konfiqurasiyasının seçimi ev sahiblərinin tələbatlarına və yerli xüsusiyyətlərə uyğun həyata keçirilir. Bu cür tapşırıqları BƏNİZ şirkətinin mütəxəssislərinə həvalə edərək, siz ən yaxşı nəticə əldə edəcəyinizdə əmin ola bilərsiniz.

 

HAVALANDIRMA
İnsanlar demək olar ki vaxtlarının 75%-i müxtəlif kateqoriyalı və təyinatlı otaqlarda keçirirlər. Bununla belə, çətin ki kimsə normal həyat fəaliyyəti üçün bizə gündə 20000 litrəcən havanın lazım olduğunu bilir. Otağın təmiz hava, tələb olunan təmizlik, temperatur və nəmlik göstəriciləri ilə havalandırma sistemi təmin edir.

Havalandırma sisteminin qarşısında duran əsas tələblər bunlardır:

 

• İnsanların normal, rahat həyat fəaliyyəti və tamdəyərli iş fəaliyyəti üçün lazım olan oksigen həcminin təmin edilməsi;

 

• Emal edilmiş havada olan zərərli və zəhərli qatışıqların və maddələrin uzaqlaşdırılması;

 

• Konstruktiv elementlərdə yaranan və binaya ziyan vuran nəmliyin götürülməsi;

 

• Tələb olunan təmizliyə nail olmaq üçün havanın müxtəlif çirklənmələrdən və qatışıqlardan filtrasiyası;

 

• Tələb olunan temperatur rejimlərinin, hava nəmliyinin yaradılması və saxlanılması;

 

• Bayırdan gələn təmiz havanın və otaqdan çəkilən havanın arasında istilik rekuperasiyasının hesabına enerjinin qorunması;

 

• Havanın dəyişilməsi məqsədilə qapıların və pəncərələrin açılmasına ehtiyac olmadığından bunun hesabına otaqda səs izolyasiyasının təmin edilməsi.

 

BƏNİZ şirkəti havalandırma sistemlərinin montajı və istismarı ilə bağlı aşağıda göstərilən bütün istehsal işlərini görür:

 

• İş layihəsinin hazırlanması, havalandırmanın quraşdırılması ilə bağlı işlərin keçirilməsi üçün otağın hazırlanması;

 

• Havalandırma avadanlığının istehsal edilməsi və çatdırılması;

 

• Havalandırma sisteminin daxildən və bayırda görülən işlərə bölünən montajı;

 

• İşəsalma və tənzimləmə işləri, quraşdırılmış havalandırma sisteminin işinin tənzimlənməsi;

 

• İstismar və servis xidmətləri.

 

Havalandırma sisteminin effektiv və fasiləsiz işləməsi üçün biz, havalandırma avadanlığının texniki xidmətini və təmirini həyata keçiririk. Bütün tələb olunan işlər şirkətimizin ixtisaslaşmış əməkdaşları tərəfindən aparılır.

 

KONDİSİONER
 Otağın düzgün mikroiqlimi insanların fərdi işləmək qabiliyyətinə həlledici təsir göstərir. Yorğunluq və işləməyə meylin olmaması çox vaxt otaqların mikroiqliminin qeyri-qənaətbəxş göstəricilərə sahib olmasının nəticəsidir. Tikilən binaların sayı artdıqca mikroiqlimin rahatlığı ilə bağlı tələblər də artır və bu, öz növbəsində texniki cəhətdən peşəkar kondisioner sistemlərinin quraşdırılmasını zəruri edir. Binada quraşdırılacaq kondisioner sisteminin seçimi diqqətlə hazırlanmış texniki tapşırığın əsasında həyata keçirilməlidir.

BƏNİZ şirkəti istənilən mürəkkəbliyə məxsus layihəni fərdi sifariş əsasında reallaşdırmağa hazırdır. Bura layihələşdirmə, avtomatlaşdırma və dispetçerizasiya, avadanlığın çatdırılması, kondisionerlərin montajı, işəsalma və tənzimləmə işləri, həmçinin zəmanət və servis xidmətləri daxildir.

 

Əmin olun ki, sizinləxüsusi hazırlıq keçmiş, ixtisaslaşmış və savadlı mütəxəssislər işləyir. Öndəgedən beynəlxalq istehsalçıların tərəfdaşı və rəsmi distribyutoru olaraq şirkətimiz kondisioner sistemlərinin quraşdırılması zamanı Azərbaycan üçün məsləhət görülmüş brendlərin xüsusi peşəkar avadanlığını istifadə edir. Kondisioner sisteminin montajı zamanı ən yeni müasir texnologiyalar, yüksək keyfiyyətli məxaric və bərkidici materiallar istifadə edilir və bu, görülən işlərin mükəmməl keyfiyyətini təmin edir. Hər bir obyektin spesifik xüsusiyyəti vardır və bu, verilmiş tapşırığa müəyyən şəkildə yanaşmağı tələb edir. Montaj və işəsalma və tənzimləmə işləri ilə bağlı bütün tədbirlər kondisioner sistemləri sahəsində mövcud olan normalara əsasən həyata keçirilir. BƏNİZ şirkətinin mütəxəssisləri qısa zaman kəsiyində layihəni hazırlamağa, tələb olunan avadanlığın seçimini və isitmə, havalandırma və kondisioner sistemlərinin montajını Müştərinin bütün istəklərini nəzərə alaraq həyata keçirməyə hazırdır. Biz, sizə mənzil və kotteclərdən tutmuş sənaye tikililərinəcən müxtəlif binalar üçün nəzərdə tutulmuş bütün məsələləri həll etməyə kömək edərik.

 HVAC SİSTEMLƏRİNİN AVTOMATLAŞDIRMASI

 

 BƏNİZ şirkəti hava avadanlığının idarəetmə sistemləri və nəmləndirmə sistemlərində ixtisaslaşan İtaliyanınSİEMENS şirkətinin rəsmi

distribyutorudur.

SİEMENS bütün yeni avadanlığın ən ciddi beynəlxalq standartlara uyğun gəlməsini müstəqil sürətdə yoxlayır. Bütün kontrollerlərin elektromaqnit uyğunluğu və həssaslığı yoxlanılır. Nəmləndiricilər isə istilik və mexaniki sınamalar zamanı yoxlanılır.

SİEMENS mühəndislik avadanlığının möhkəm, çevik və etibarlı sistemlərinin qurulması üçün lazım olan vasitələri təklif edir:
kontrollerlər, operator paneli, kontrollerlərin proqram təminatının hazırlanması vasitələri, habelə kommunikasiya şlüzləri və binanın
idarəetmə sisteminə (BİS) inteqrasiya olunmaq üçün tələb olunan proqram təminatı. SİEMENS şirkətinin təqdim etdiyi avtomtika hava avadanlığının idarəetmə sistemlərinin (HVAC) bazarında və digər mühəndislik sistemləri tərəfindən geniş istifadə edilir.
SİEMENS şirkətinin komponentləri əsasında BƏNİZ şirkəti isitmə, havalandırma və kondisioner sistemlərinin quraşdırılmasını və
avtomatlaşdırılmış nəzarətini həyata keçirir. Artıq neçə ildir ki, BƏNİZ şirkəti SİEMENS şirkətinin kontrollerlərinin əsasında qurulmuş avtomatikanı axıdıcı-sorucu qurğuların və mərkəzi kondisionerlərin idarə edilməsində uğurla tətbiq edir. Avtomatika kompleksi
kondisionerlərin, plitka qurğuların, dondurucu kameraların və digər avadanlığın idarə edilməsi üçün nəzərdə tutulmuş kontrollerlərin proqram təminatından ibarətdir. Hava avadanlığının vəziyyəti haqda məlumat müxtəlif modifikasiyaya malik sensorların vasitəsilə əldə edilir. Bu sensorlar həm otaqların daxilində, həm bayır tərəfində, həmçinin hava borularında quraşdırıla bilər.SİEMENS şirkətinin avtomatikası temperatur və havanın nəmliyi sensorları ilə, həmçinin havanın keyfiyyəti sensorları ilə təchiz edilib. Bu sensorlar zərərli qatışıqları
aşkar etməkdə kömək edir. SİEMENS şirkətinin icraçı qurğularına gəlmişkən, bu, ventilyatorların fırlanma sürətini idarə edən tezlik dəyişdiricilərilə təchiz edilmiş geniş impulslu tənzimləyicilərdir. Onlar həmçinin elektromaqnit maniələrdən müdafiə edən filtrlarla, habelə freon soyuducuları olan texnika üçün nəzərdə tutulmuş elektron termogenəldici ventillərlə təchiz edilib. Kontrollerlərin, icraçı qurğuların və sensorların əsasında SİEMENS idarəetmə lövhələri hazırlanıb. Onlar təmiz havanın təmin edilməsinə olan tələbatdan asılı olaraq havalandırma sistemlərinin tənzimlənməsində və monitorinqində yardımçı olur. Məsələn, restoran və ya ticarət mərkəzlərində ziyarətçilərin sayı artan və ya azalan zaman. SİEMENS şirkətinin avtomatikası tələb olunan sınaqlardan və ciddi keyfiyyət nəzarətindən keçir. O, tam olaraq beynəlxalq standartlara uyğundur, kompleks avtomatlaşdırma tapşırıqlarını yerinə yetirməyə və hava avadanlığının idarəetmə sistemlərini tənzimləməyə imkan  verir.